Apr 10, 2019 22:53 Asia/Baku

İran İslam Respublikası prezidenti Həsən Ruhani dedi: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah regionda azadlığın müdafiəçisi və terrorizm ilə mübarizənin lideridir.

ABŞ hökuməti bazar ertəsi günü İrana qarşı hərəkətlərinin davamında İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını "terrorçu" qruplar siyahısına daxil etdi.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında dedi: ABŞ-ın bütün cinayətləri və qanunsuz addımları işğal olunmuş torpaqlarda bir nəfərin seçkilərdə qələbə çala bilməsi üçündür.

İran prezidenti İsrailin fələstinlilərin qəsb edilmiş torpaqları olduğunu bildirərək, bu torpaqlarda seçkilərin keçirilməsini mənasız adlandırıb və deyib: Əgər seçkilər keçirmək istəyirlərsə, seçkilərdə işğalçılar deyil, Fələstin xalqı iştirak etməlidir.

Ruhani əlavə edib: Amerikalılar bilməlidirlər ki, regionda zülm və terrorizmin qaynağıdırlar. Düşmənlər regionda öz məqsədlərinə çatmaqda uğursuz qalıblar. Və bu məğlubiyyətdə İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın rola malik olduğundan xəbərdardırlar. Buna görə də qəzəblidirlər.

İran prezidenti ABŞ-ın bütün rəftarlarının məntiqə və beynəlxalq qanunlara zidd olduğunu deyərək, əlavə etdi: İraq, Suriya, Livan, yəmən, Əfqanıstan, Pakistan və digər region xalqları İran xalqı və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın xidmətlərini unutmayıblar. Və ABŞ-ın son hərəkəti də heç nəyi onların xeyrinə dəyişə bilməyəcək.

İran prezidenti ABŞ-ın hərəkətini siyasi və təbliğat xarakterli bir hərəkət adlandırıb və deyib: Amerikalılar  ayaqlarını şüar həddindən bir addım belə kənara qoymuş olsalar, necə bir problem ilə üzləşəcəklərini yaxşı bilirlər.

Teqlər