Əlcəzairdə etirazlar davam edir
https://azeri.sahartv.ir/news/Özəl-i338748-Əlcəzairdə_etirazlar_davam_edir
Seçkilərin vaxtının təyin olunmasına rəğmən, Əlcəzairdə etirazlar davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2019 17:30 Asia/Baku

Seçkilərin vaxtının təyin olunmasına rəğmən, Əlcəzairdə etirazlar davam etməkdədir.

Ordu etirazların davam etməsi haqda xəbərdarlıq edib. Əlcəzair ordusunun komandanı general Qaid Salih bildirib ki, bəzi şüarlar hökumət orqanlarını məhv etmək məqsədilə verilir. Onun sözlərinə görə, bəzi etirazçılar xarici güclər tərəfindən idarə olunurlar.

Dünən kişilər, qadınlar və hətta uşaqlar bir daha Əlcəzairdə aksiya keçiriblər. Bu etirazçıların nöqteyi-nəzərincə, Əlcəzairin müvəqqəti prezidenti Əbdulqadir bin Salih bu ölkənin sabiq prezidenti Əbduləziz Butəfliqənin yaxınlarından biridir.

Öz hərəkətlarının dinc məqsədli olduğunu şiddətlə vurğulayan etirazçılar deyirlər ki, Əlcəzair rəsmilərinə qarşı təzyiqin qorunmasında qətiyyətlidirlər. Hərçənd bu dəfə polis qüvvələri etirazçıları gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ilə dağıtmağa çalışıblar.