İnqilab Rəhbərinin koronavirusla mübarizə sahəsində fərmanı
İslam İnqilabının Böyük Rəhbəri dünən gecə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeriyə verdikləri bir fərmanda İran İslam Respublikası Silahlı Qüvvələrinin koronavirusla mübarizə sahəsində xalqa göstərdikləri xidmətləri yüksək qiymətləndiriblər. O həzrət bu xidmətlərin həmin xəstəliyin daha çox yayılmasının qarşısını almaq üçün bir "Səhiyyə və Müalicə Qərargahı" formasında təşkil edilməsi vacibliyini vurğulayıblar.
Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Bu hərəkət həmin hadisənin "bioloji bir hücum" ehtimalını irəli sürən nişanələrə əsasən, bioloji müdafiə təlim-məşqi cəhətinə də malik ola və milli qüdrət və gücü artıra bilər.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, silahlı qüvvələrin bölmələri və təşkilatlarının vəzifə və tapşırıqlarının bölüşdürülməsi bu qərargahın vəzifələrindəndir. O həzrət əlavə ediblər: Bu qərargah İranın dövləti və səhiyyə nazirliyi ilə ahəngdar şəkildə hərəkət etməlidir.
Həzrət Ayətullahuluzma Xamenei sonda belə qeyd ediblər: Ümid edilir ki, ilahi hidayət və Həzrət Bəqiyətəllah ərvahina fədahın xüsusi himayəsilə İran xalqı daima qalib olaraq, təhlükəsizlik və sağlamlığa malik olacaq.
İNQİLAB RƏHBƏRİNİN KORONAVİRUSLA MÜBARİZƏ FƏRMANI