Yəmən HHM qüvvələri səud koalisiyası qırıcılarını meydandan qaçırdıblar
https://azeri.sahartv.ir/news/Özəl-i359570-yəmən_hhm_qüvvələri_səud_koalisiyası_qırıcılarını_meydandan_qaçırdıblar
Yəmənin hava hücumundan müdafiə qüvvələri Marəb vilayətinin hava məkanında təcavüzkar səud koalisiyasının qırıcılarını qaçmağa məcbur ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2020 11:39 Asia/Baku
  • Yəmən HHM qüvvələri səud koalisiyası qırıcılarını meydandan qaçırdıblar
    Yəmən HHM qüvvələri səud koalisiyası qırıcılarını meydandan qaçırdıblar

Yəmənin hava hücumundan müdafiə qüvvələri Marəb vilayətinin hava məkanında təcavüzkar səud koalisiyasının qırıcılarını qaçmağa məcbur ediblər.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii bildirib ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələri Marəb vilayətinin Sərvah şəhərinin səmasında bir neçə təcavüzkar səud qırıcısı ilə mübarizə apararaq, hər cür düşmənçilik hərəkəti etməzdən öncə onları qaçmağa məcbur etməyi bacarıblar.

Əlsərii sonra vurğulayıb ki, Yəmənin silahlı qüvvələri bu ölkə səmasının təcavüzkarların hər cür hərəkətlərindən tam şəkildə toxunulmaz olacağı zamanadək düşmənlə mübarizəni davam etdirəcəklər.

Son bir həftədə beşinci dəfədir ki, Yəmənin hava hücumundan müdafiə qüvvələri təcavüzkar səud koalisiyasının qırıcılarını izləyərək, onların Yəmən səmasında cövlan etmələrinə mane olur.

Yəmənin ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, artmaqdadır.

YƏMƏN HHM QÜVVƏLƏRİ SƏUD QIRICILARINI QOVUBLAR