Bakıda polislə qarşıdurmada ittiham edilən taksi surucusu cinayət işinə cəlb edilib
Bakıda karantin postunda polis və hərbçi ilə qarşıdurmaya səbəb olmaqda ittiham edilən taksi surucusu barəsində cinayət işi başlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, taksi sürücü barəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda “London Taxi” markalı avtomobilin surucusu ilə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı və DİN Daxili Qoşunlarının əməkdaşı arasında sözləşmə olub. Polis taksi surucusunun polisə hücum etdiyini, onlara xəsarət yetirdiyiniiddia etsə də taksinin vurularaq dağıdılmasını əks etdirən fotoşəkillər diqqət çəkir.
DİN qarşıdurmanın nədən baş verdiyini və taksi sürücüsünün nəyə görə polisə hücum etdiyini açıqlamayıb.