İİR XİN sözçüsü Pompeonun riyakarcasına arzusunu cavablandırıb
https://azeri.sahartv.ir/news/Özəl-i360883-İİr_xİn_sözçüsü_pompeonun_riyakarcasına_arzusunu_cavablandırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin ölkəsinin Paris razılaşmasından çıxdığı və hazırkı şəraitdə Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini kəsdiyi bir halda yer üçün etdiyi arzusunu utancgətirici və riyakarcasına hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2020 07:25 Asia/Baku
  • İİR XİN sözçüsü Pompeonun riyakarcasına arzusunu cavablandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin ölkəsinin Paris razılaşmasından çıxdığı və hazırkı şəraitdə Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini kəsdiyi bir halda yer üçün etdiyi arzusunu utancgətirici və riyakarcasına hərəkət adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən bir tvitt-də ABŞ-ın dövlət katibi Mayk Pompeonun yer günü haqdakı tvittinə reaksiyada yazıb: Elə bir halda yer gününü qeyd edirik ki, Donald Trampın Paris müqaviləsindən çıxması və Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini kəsməsi bizim gözəl yer-imizi və beynəlxalq problem olan COVID-19-la mübarizə üzrə birliyi təhdid edir.

Mousəvi sonra deyib: Buna görə, Pompeonun bizim planetimiz üçün olan arzusu beynəlxalq problemlər qarşısında utancgətirici, riyakarcasına və cəhalətə qapılmış bir hərəkətdir.

Pompeo çərşənbə günü bir tvitt-də yer günü-nün qeyd olunmasının 50 illiyinə toxunub. O, dünyanın hazırda ümumi düşmən olan COVID-19-la çarpışdığını bildirərək, hamı üçün daha təmiz, daha təhlükəsiz və daha sağlam planet arzu edibdir.

MOUSƏVİ POMPEONUN ARZUSUNU CAVABLANDIRDI