Trumpın fiziki vəziyyəti yaxşı deyilmi? + Video
Donald Trump-ın pilləkənlərlə qalxa bilməməsi prezidentin səhhətinin pis olması ilə bağlı fərziyyələri yenidən doğurub.
SəhərAzəri xəbər verir, Dünən Nyu-Yorkdakı West Point Hərbi Akademiyasının məzuniyyət mərasimində ABŞ Prezidenti Donald Trump-ın qəribə hərəkətləri bir daha sosial medianın mövzusuna çevrildi və 74 yaşı ərəfəsində Trump-ın fiziki vəziyyəti və zəifliyi barədə fərziyyələri gücləndirdi.
West Point Akademiyasının məzuniyyət mərasimində Trump-ın danışmasının xoşagəlməz başlanğıcı onun 74 yaşlılığı mərasimini kölgəyə salmış olur. Mərasimdən çəkilən videolar Trump-ın hərəkətlərində bəzi ehtiyatlılıq və zəiflikləri görmək olur. Çıxışının əvvəlində, qarşısında bir stəkan su götürür və çox ehtiyatla içir. Hətta bir an əlindəki şüşəni iki əlli tutur. Çıxışın sonunda da rampadan aşağı düşərkən sanki tarazlıqsızdan qorxur və yıxılmaq astanasında olan adam kimi rəftar edir.
Trumpın bir stəkan su saxlaya bilməməsi və qısa bir rampadan düşməsi onun sağlamlığı ilə əlaqədar fərziyyələr doğurur və tənqidçiləri onun fiziki vəziyyətinin yaxşı olmadığına inanırlar.