Fev 07, 2021 09:20 Asia/Baku
  • Amerika sanksiyaları əməldə ləğv etməlidir

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, Amerikanın sözdə və ya kağız üzərində deyil, əməldə bütün sanksiyaları ləğv edəcəyi təqdirdə, İran nüvə anlaşmasındakı öhdəliklərinə geri dönəcək.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər ordunun hava qoşunları və hava hücumundan müdafiə qüvvələri komandan və komandirlərindən bir qrupu ilə görüşdə hərbi hava qüvvələrinin günəş təqvimi ilə 1357-ci il bəhmən ayının 19-da İmam Xomeyni(r.ə.) ilə tarixi beyətini İslam İnqilabının qələbəsinin əsas amillərindən və böyük heyranlıq yaratmalarından biri, həmçinin amerikalıların hesablama xətasının göstərici adlandırıb və belə söyləyiblər: İnqilabın böyük sürətli hərəkətinin davam etməsinə lazım olan məsələ, xalqın səhnədə iştirakı, intensiv səy və əmək, xüsusən məsul şəxslər arasında söz birliyi, ilahi vədə inam və əməldə milli güc komponentlərinin artmasıdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Amerikanın son biabırçı hadisələri və Trampın süqutunu Birləşmiş Ştatların siyasi və ictimai nizam-intizamı, gücü və abrının tənəzzül etməsi kimi qiymətləndiriblər.

O həzrət avropalı və amerikalı məsul şəxslərin nüvə anlaşması və sanksiyalar barədəki ifadələrinə işarə ilə vurğulayıblar: Amerikalılar və avropalılar heç bir şərtqoyma haqqına malik deyillər, zira nüvə anlaşmasındakı öhdəliklərini pozublar və şərt qoymalı olan tərəf, İran İslam Respublikasıdır, ona görə ki, öz öhdəliklərinə sadiq qalıbdır.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: İran Amerikanın sözdə və ya kağız üzərində deyil, əməldə bütün sanksiyaları ləğv edəcəyi təqdirdə və bu ləğvin İran tərəfindən sınaqdan keçirilməsindən sonra nüvə anlaşmasındakı öhdəliklərinə geri dönəcək. Bu, İran İslam Respublikasının qəti və geriyədönməz siyasətidir; bütün məsul şəxslər bu barədə fikir birliyinə malikdirlər və heç kəs ondan vaz keçməyəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei daha sonra vurğulayıblar ki, Amerikanın İran qarşısındakı hesablama xətası davam edir və onlar İran xalqı barədə düzgün tanışlıq və dərkə malik deyillər.

O həzrət sonra belə deyiblər: Bu hesablama xətasının bir nümunəsi, 88-ci ildəki fitnədə özünü göstərdi və Amerikanın demokrat prezidenti işi bitərəcəyi xülyası ilə rəsmən həmin fitnəni himayə etdi.

İslam İnqilabının Böyük Rəhbəri İranı çökdürmək məqsədli, misli görünməmiş sanksiyaları, Amerikanın hesablama xətasının digər bir nümunəsi adlandırıb və belə söyləyiblər: Həmin birinci dərəcəli axmaqlardan biri, iki il bundan öncə demişdi ki, 2019-cu ilin yanvar bayramını Tehranda qeyd edəcəyik. İndi həmin şəxsin özü tarixin zibilliklərinə atılıb və onun başçısı da təpik və rüsvayçılıqla Ağ Ev-dən qovuldu,/ İran İslam Respublikası isə Allah-Taalanın lütfkarlığı ilə başıuca şəkildə dayanıbdır.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin sionist rejim xüsusiyyət təşkil etməklə regionda Amerikadan asılı olan rejimlərin özlərini və başlarını itirmələri və cəfəngiyyat söyləmələrinin səbəbini, onların beynəlxalq və daxili mühitlərdə Amerikanın tənəzzülü gerçəkliyindən qorxuya düşərək, iztirab keçirmələri adlandırıblar.

Teqlər