Mart 20, 2021 17:50 Asia/Baku

Ruhani novruz sivilizasiyası dairəsi ölkələrinin başçılarını bu bayram münasibətilə təbrik edib

Verilişin müddəti : 00:22:42

Tarix :               20-03-2021

 

--------------------------------------------------------------------------------------------------------------

 

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani şənbə günü Əfqanıstan, Pakistan, Tacikistan, Azərbaycan Respublikası, Türkmənistan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə və İraqın daxil olduqları novruz sivilizasiyası dairəsi ölkələrinin başçılarına ünvanladığı ayrı-ayrı mesajlarda koronavirus pandemiyasına və dünya ölkələrində ondan qaynaqlanan çox sayda sosial-iqtisadi problemlərə toxunub. Ümid etdiyini bildirib ki, yeni günəş ilində ölkələr arasında keçmişdəkindən daha geniş anlaşma və əməkdaşlıq, həmçinin koronavirusun nəzarətə alınması və aradan qaldırılması ilə, novruz insanlar üçün yeni bir dövrana çevriləcək və asayiş, sağlamlıq, bərəkət və şadlıq bütün dünya ölkələrinə geri dönəcək.

Ruhaninin təbrik müraciətində deyilir: Bahar bacarıqlı bir rəssam kimi təbiət fonunda rəssamlıq edərək, yerin bütün vücuduna həyat və yenilik ruhu bəxş edir, yer kürəsi miqyasında təravət və çiçəklənmə süfrəsi açır. Kədər və qəmdən qurtuluş, sevinc və ümid bəxş edən/ qədim və məhəbbətlə dolu bir mərasim olan novruz, bir daha həyat, yeni baxış və yeniləşmə üçün bir bəhanədir.

İran İslam Respublikası prezidentinin müraciətinin davamında deyilir: Ümid ediərm ki, biz insanlar da təbiət kimi, fəslin təzələnməsilə öz vücudumuzda yeni bir bahar yarada bilək;/ süstlük tozunu silməklə bədənin sağlamlıq və təfəkkür, ruhun şadlıq mənbəyini hazırlaya bilək.

Teqlər