Vətən müharibəsinin iştirakçıları unudulur
https://azeri.sahartv.ir/news/Özəl-i399731-vətən_müharibəsinin_iştirakçıları_unudulur
Xəzər rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlu süründürməçiliyə məruz qaldığı üçün intihar edərək, özünü öldürüb.
(last modified 2024-06-25T08:12:33+00:00 )
May 08, 2023 15:16 Asia/Baku

Xəzər rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlu süründürməçiliyə məruz qaldığı üçün intihar edərək, özünü öldürüb.

Xalidin dostları bildirir ki, o, idmançı idi və çalışırdı ki, mütəmadi idmanla məşğul olsun. Ancaq maddi sıxıntı buna imkan vermirdi.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il yarım ərzində Azərbaycanda onlarla müharibə veteranı - qazilər intihar edib. Bu, onların keçirdikləri sarsıntıların nəticəsi, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi kimi amillərlə izah edilir.

Beləliklə də hər gün Azərbaycandan Qarabağ müharibələri qazilərinin intihar və ya intihara cəhd xəbərləri gəlir. Onların sayı, bəzi hesablamalara görə, artıq 50-ni keçib.