Hz. İmam Baqirin (ə) mövludu Mübarək
ٰ Vilayət səmasının beşinci ulduzu Hz. İmam Muhamməd Baqirin (ə) mövludu mübarək olsun
İmam Baqir hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.
İmam Mühəmməd Baqir (ə) hicrətin 57-ci ilində (milad tarixi ilə 676-cı il) Rəcəb ayının 1-i Mədinə şəhərində doğulub. Atası İmam Zeynül-Abidin (ə) anası İmam Həsən (ə)-ın qızı Fatimədir. İmamın Baqir, Hadi, Sabir, Şakir, Cami, Hazir, Şəbih, Nasir kimi ləqəbləri var. Buna görə də, İmam Baqir həm ata, həm də ana tərəfdən Həzrət Əli və xanım Zəhranın nəslinə yetişən ilk şəxs olmuşdur. Oğlanları Əbu Əbdillah (İmam Sadiq əleyhissalam), Əbdüllah , İbrahim, Übeydullah, Rəca, Əli, qızları Zeynəb və Ümmü Sələmədir.
O Həzrət, İslam dininə zərbə vuran Üməyyə övladlarının yaydığı pis adətləri müsəlamanlar arasından silinməsi və dinin əsl şəriət qaydaları əsasında idarə olunmasında, eləcə də Peyğəmbər (s) sünnəsinin dirildilməsində əvəzsiz rolu olmuşdur.