İyun 28, 2015 13:20 Asia/Baku
  • Məhkəmə Hakimiyyəti həftəsinin anım mərasimi
    Məhkəmə Hakimiyyəti həftəsinin anım mərasimi

1360-cı günəş ili 7 tir (1981-ci il 28 iyun) şəhidlərinin 34-cü ildönümü münasibəti ilə Məhkəmə Hakimiyyəti Həftəsi anım mərasimi İranın üçlü qüvvəsinin başçıları, bir qrup hökumət və məhkəmə rəsmisinin iştirakı ilə Tehranda keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası ədliyyə naziri Mustafa Purməhəmmədi bu gün İran Məhkəmə Hakimiyyəti Həftəsinin anım mərasimində deyib: İslam hökumətinin, xüsusilə də şiə təfəkküründə ən bariz xüsusiyyətlərindən biri ədalətin bərqərar olunması və ictimaiyyətin hüququnun qorunmasıdır.
İranın ədliyyə naziri ədalətin bərqərar olunmasını İslam hökumətinin ən bariz xüsusiyyəti adlandırıb və əlavə edib: Dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) baxışınca, ədaləti görməməzliyə vurmaq ictimai stabilliyi pozur və onun icrası ictimaiyyətin möhkəmlənməsinə səbəb olur.

Teqlər