İran bazarı regionun ən zəngin enerji bazarıdır
Avq 05, 2015 19:33 Asia/Baku
-
İran bazarı regionun ən zəngin enerji bazarıdır
İranın neft naziri deyib ki, İran bazarı Yaxın Şərq regionunun ən böyük və ən zəngin enerji bazarıdır.
İranın neft naziri Bijən Namdar Zəngənə çərşənbə günü Tehranda İtaliyanın iqtisadi inkişaf naziri və ENİ neft şirkətinin sədri daxil olmaqla bu ölkənin yüksək səviyyəli siyasi-iqtisadi heyəti ilə görüşdə əlavə edib: Sanksiyaların ləğvindən sonra İranın neft və qaz sənayelərində investisiya üçün xarici ölkələr üçün yaranmış fürsətə görə, İtaliya İranın neft bazarında iştirak istiqamətində daha çox şansa malikdir.Zəngənə həmçinin İranın neft sənayesinin ehtiyacından qarşıdakı beş il ərzində yüz milyard dollar sərmayənin cəzb olunacağından xəbər verərək, söyləyib: İran xarici sərmayələrin cəzbində müqavimət iqtisadiyyatı prinsiplərinə riayətlə fəaliyyət göstərməyə hazırdır.
İtaliyanın xarici işlər naziri Paulo Gentiloni də bu görüşdə İranı regionda mühüm və təsirli ölkə adlandıraraq, bildirib ki, italyan şirkətlər İranın neft və qaz bazarında investisiyaya maraqlıdırlar.
İtaliyanın, bu ölkənin xarici işlər naziri Paulo Gentiloninin başçılığı altında yüksək səviyyəli heyəti çərşənbə axşamı günü Tehrana daxil olub və indiyədək İranın prezidenti, Məsləhət Şurasının sədri, xarici işlər, sənaye, mədən və ticarət, yol və şəhərsalma nazirləri, eləcə də ticarət otağının sədri ilə görüşərək, onlarla ikitərəfli həmkarlıqların genişləndirilməsi barədə danışıb.