Noy 19, 2015 20:29 Asia/Baku
  • İran və Rusiyanın vilayət əməkdaşlığının genişlənməsi yolları araşdırılıb
    İran və Rusiyanın vilayət əməkdaşlığının genişlənməsi yolları araşdırılıb

İranın cənub-qərbində yerləşən Kəhkiluyə və Buyir Əhməd vilayəti və Moskvanın ticarət palatalarının üzvləri ikitərəfli iqtisadiyyat və ticarət əməkdaşlıqlarının genişlənməsi yollarını araşdırıblar.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Moskvanın Ticarət Palatasının rəhbəri Yuri Mazurov cümə axşamı günü Yasucda Kəhkiluyə və Buyuir Əhməd vilayətinin Ticarət Palatasının iclasında iştirak edib və bu palata rəsmiləri ilə danışıqlarda iki tərəf iş adamları üçün fəaliyyət sahəsini qiymətləndiriblər.
Moskva Ticarət Palatasının rəhbəri bildirib: İran iş adamları öz potensiallarını nəzərə alaraq Rusiyanın istehlak bazarında özlərinə yer aça bilərlər.
Kəhkiluyə və Buyir Əhməd valisi Musa Xadimi də bu iclasda vilayətin neft sektorundakı potensialına toxunub: Kəhkiluyə və Buyir Əhməd İran neftinin 20%-ni istehsal etməklə enerji sektorunda önəmli rolu oynayır.
Yasuc Ticarət Palatasının rəhbəri Cabbar Kiyanipur da deyib: Səy olunur ki, Kəhkiluyə və Buyir Əhməd vilayəti və Moskva iş adamları qarşılıqlı müzakirələr vasitəsi ilə müştərək əməkdaşlıqlara şərait yaratsınlar və bu fürsətdən istifadə etsinlər.

Teqlər