Laricani: Terrorçu bütün ilahi dinlər və insanlar üçün təhdiddir
https://azeri.sahartv.ir/news/İran-i265284-laricani_terrorçu_bütün_ilahi_dinlər_və_insanlar_üçün_təhdiddir
İslam Şurası Məclisinin sədri Misir Nümayəndələr Məclisinə ünvanladığı müraciətdə terrorçunu bütün ilahi dinlərin ardıcılları üçün təhdid adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2017 16:27 Asia/Baku
  • Laricani: Terrorçu bütün ilahi dinlər və insanlar üçün təhdiddir
    Laricani: Terrorçu bütün ilahi dinlər və insanlar üçün təhdiddir

İslam Şurası Məclisinin sədri Misir Nümayəndələr Məclisinə ünvanladığı müraciətdə terrorçunu bütün ilahi dinlərin ardıcılları üçün təhdid adlandırıb.

İran Parlament İnformasiya Agentliyinin məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bazar ertəsi günü Misir Nümayəndələr Məclisinin sədri Əli Əbdülal Seyid Əhmədə müraciət ünvanlayıb.

Misirdə son terror aktlarını qınayan parlament sədri Misir xalqının dərdinə şərik çıxdığını qeyd edib: Terrorçu bütün ilahi dnlərin ardıcılları və insanlar üçün təhdiddir və bu nəhs fenomen bütün ilahi ali dəyərlər və təlimlərə ziddir.