İran və Misir xarici işlər nazirləri terrorizm ilə mübarizəyə təkid ediblər
İran İslam Respublikası xarici işlər naziri bazar ertəsi günü misirli həmkarı Samih Şükrü ilə telefon söhbətində Misirdə törədilən son terror hücumlarını kəskin formada qınayıb, Misir xalqı və dövlətinin kədərini bölüşüb.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Misir xarici işlər naziri Samih Şükrü ilə saxladığı telefon əlaqəsində terrorizm ilə birgə mübarizəyə təkid edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də bazar günü Misirdə kilsələrə qarşı törədilmiş terror hücumlarını kəskin formada qınayıb və Misir xalqı və dövlətinə həmçinin, hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.
Bəhram Qasemi deyib: Bu kimi cinayət əməlləri dini və etnik qarşıdurmanın alovlandırılması, ilahi dinlərin davamçıları arasında fitnə törədilməsi məqsədini daşıyır.
Bazar günü Misirin Qahirə və İsgəndəriyyə şəhərlərində törədilən 3 terror aktında 46 nəfər həyatını itirmiş, yüzdən çox insan yaralanmışdı.
Terror aktlarının ikisi İsgəndəriyyədə yerləşən Mərqəsiyə və Qahirənin şimalında yerləşən Tənta şəhərində yerləşən Marcerces kilsələrinin ətrafında törədilib. Üçüncü terror aktı isə bir polis mərkəzinin yaxınlığında baş verib. Terror hücumlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb.