Fev 18, 2018 17:09 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: Əcnəbilərə arxalanmaq təhlükəlidir, nüvə anlaşmasında xaricilərə etimadın bizə faydası olmadı

İslam İnqilabının Böyük Rəhbəri İranın nüvə anlaşmasında xarici ölkələrə etimad etməsindən heç bir fayda görmədiyinə işarə edərək, deyiblər: Biz, xaricilərə etimad etməyin nəticəsiz olmasını nüvə anlaşmasında müşahidə etdik. Nüvə müzakirələrində onlara etimad etdik, amma, faydasını görmədik.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Təbrizin inqilabçı və dindar əhalisindən olan minlərlə nəfər ilə görüşdə deyiblər: Əlbəttə, xoşbəxtlikdən nüvə anlaşması ilə çox yaxşı rəftara malikdirlər və ABŞ-ın xəbis rəftarları, bir nala, bir də mıxa vuran Avropalıların rəftarları ilə çox yaxşı və güclü rəftara malik olduğu üçün İranın xarici işlər nazirinə də təşəkkür etmək lazımdır. 

İnqilab Rəhbəri əlavə ediblər: Əcnəbidən faydalanmaq lazımdır. Amma, ona etimad etmək, arxalanmaq olmaz. Çünki, müxtəlif yollarla ölkənin taleyinə təsir edə bilərlər. Bütün dövlət rəsmiləri son dərəcə mühüm olan bu məsələni diqqət mərkəzində saxlamalıdırlar. 

Həzrət Ayətullahülüzma Xamenei həmçinin, öz militarist rəftarları ilə bəşəriyyəti təhdid edən, amma, İranın raket qüdrətinə qarşı çıxan düşmənləri kəskin formada tənqid edərək, deyib: Bu məsələnin sizə nə dəxli var? Siz öz istəklərinizi zorla qəbul etdirmək üçün İran xalqının özünü müdafiə  üçün raket və digər müdafiə imkanlarına malik olmasını istəmirsiniz.

İnqilab Rəhbəri daha sonra deyiblər: Əlbəttə, biz atom bombası və kütləvi qırğın silahlarını şəriət baxımından haram hesab edirik. Amma, lazım olan digər hər bir şeyi tam qətiyyətlə izləyirik. 

Həzrət Ayətullahülüzma Xamenei "iqtisadiyyat" məsələsini də son dərəcə önəmli adlandırıb və deyiblər: İqtisadi problemlərin həll yolu yerli potensiallara və xalqa arxalanmaqdır. Müqavimət iqtisadiyyatı özünə qapanmaq deyil. Həm daxili, həm də xarici potensiallara diqqət göstərməkdir. 

İnqilab Rəhbəri çıxışlarının davamında bu ilki 22 bəhmən yürüşündə xalqın əzəmətli iştirakına işarə edərək, deyiblər: Xalqın İslam İnqilabını bu şəkildə müdafiə etməsi, özü də İnqilabın 40-cı ildönümü ərəfəsində, bir möcüzəyə bənzəyir və dünyanın heç bir inqilabında bunun misli olmayıb. 

İnqilab Rəhbəri İslam İnqilabının əzəməti və miqyasını ağılasığmaz adlandırıb və düşmənləri İnqilabın xidmətlərini inkar etmək üzrə səylərinə işarə edərək, deyiblər: İslam İnqilabının gördüyü ən mühüm iş tağut rejimini demokratik quruluşa çevirmək idi. Demokratiya yəni, hər bir işdə əsas məsələ xalqdır. 

Həzrət Ayətullahülüzma Xamenei daha sonra rəhbərliyin, prezidentin və digər ölkə rəsmilərinin birbaşa və ya dolayısı ilə xalqın səsi ilə seçilməsinə işarə edərək, deyiblər: Demokratiya yəni ölkənin bütün işləri və qərarların qəbul edilməsində xalqın iştirakı və rəyinin əsas qərar götürülməsidir. Bu, İslam İnqilabından öncə, ötən əsrlər boyunca davam edən zorakılıq və tağut rejimlərinin tam qarşısında dayanan bir nöqtədir. 

O həzrət İran xalqının əzəməti, izzəti və böyüklüyünü İslam İnqilabının nəticələrindən adlandırıb və deyiblər: Bu gün regionun bir ölkəsi hər gün 10 milyon barel neft satmasına və pul ilə dolu xəzinəyə malik olmasına baxmayaraq, geridə qalmış bir ölkədir və dünyada bu ölkə xalqının səsi eşidilmir. Amma, dini demokratiya sayəsində İran xalqı inqilabın irəliyə doğru hərəkət etməsində aparıcı və qabarıq rola malikdir. 

Teqlər