İyun 02, 2020 16:33 Asia/Baku
  • İranda 123 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 123 min 77 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SaharAzeri xəbər verir:Kiyanuş Cəhanpour bu gün jurnalistlərə açıqlamasında İranda koronavirusa yoluxanların son sayı barədə ötən sutka ərzində üç min 117 yeni xəstənin aşkar edildiyini bildirib.

Cəhanpour sonra deyib: Yeni yoluxanlar arasından 541 nəfər xəstəxanaya yatırılıb və iki min 576 nəfər isə ambulator şəkildə müalicə olunub və bütövlükdə İranda koronavirusa yoluxanların sayı 157 min 562 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 64 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 942 nəfərə çatıbdır.

Teqlər