İyun 07, 2020 08:19 Asia/Baku
  • Təxti Rəvançi deyib:

İranın BMT-dəki daimi nümayəndəsi amerikalı həmkarının fikirlərini yanlış adlandırıb və ABŞ-ın BMT Tş-nın 2231 saylı qətnaməsinə əsasən, hər hansı bir təşəbbüs göstərmək hüququna sahib olmadığını söyləyib.

SaharAzeri xəbər verir,Məcid Təxti Rəvançı özünün tvitterdəki səhifəsində yazıb: "ABŞ-ın BMT-dəki səfiri, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, ABŞ-ın sanksiyaların bərpası üçün tətik mexanizmindən istifadə etmək hüququna sahib olduğunu düşünür".

"Bu yanlışdır; Donald Trampın, ölkəsinin Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxdığını elan etməsindən sonra ABŞ bu razılaşmanın iştirakçısı ola bilməz",- deyə Təxti Rəvançı əlavə edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft keçən cümə günü İyunun 5-də keçirdiyi mətbuat konfransında, iddia edibdir ki, 2231 saylı qətnamənin mətnini oxuyan hər kəs, ABŞ-ın İrana qarşı silah embarqosunun müddətini uzatmaq üçün tətik mexanizmindən istifadə etmək hüququna sahib olduğunu  anlaya bilər.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin tərkib hissəsi olan İrana qarşı silah embarqosunun ləğv edilməsi zamanına yaxınlaşdıqca, ABŞ bu sanksiyaların saxlanılması üçün səylərini ikiqat artırıbdır.

Son zamanlar ABŞ hökuməti BMT-nin üzvləri arasında İrana qarşı silah embarqosunun müddətinin uzaldılmasına dair bir qətnamə paylaşıb. Buna baxmayaraq, belə qətnamənin qəbulu TŞ-nın 9 üzvünün razılığı, həmçinin Çin və Rusiyanın veto qoymamasından asılıdır.

 ABŞ-ın iki il əvvəl və BMT-nin 2231 saylı qətnaməsinə məhəl qoymadan İranla nüvə anlaşmasından rəsmi şəkildə çıxmasına baxmayaraq, bu ölkə yeni bir hüquqi təfsirə əsasən, sözü gedən qətnamənin müddəaları çərçivəsində hələ də bu razılaşmanın tərəflərindən olduğunu və bu razılaşmada əks olunan mexanismlərdən istifadə etmək hüququna sahib olduğunu iddia edir.

BMT TŞ-nın 2231 saylı qətnaməsinə əsasən, İrana qarşı silah embarqosunun müddəti 2020-ci il 18 oktyabr tarixində bitəcək.

 

 

 

Teqlər