İyul 03, 2020 14:39 Asia/Baku
  • Gilanqərb-də mədən çöküb / Bir nəfər vəfat edib

Kermanşah əyalətinin Gilanqərb bölgəsində yerləşən bir mədənin çökməsi nəticəsində bir nəfər dünyasını dəyişib.

SəhərAzəri xəbər verir, Kermanşah Qızıl Aypara Cəmiyyətinin yardım və xilasetmə məsələləri üzrə sədr müavini Adil Şəfii hadisə barədə deyib; Bu gün (4 iyul) saat 13: 35-də Kermanşah əyalətindəki Qızıl Aypara Əməliyyatları Nəzarət və Koordinasiya Mərkəzindən alınan məlumata görə, Gilanqərb şəhərinin Sərtitan kəndində bir mədən çöküb.
Şəfiinin dediklərinə görə xəbərin alınması ilə dərhal 3 imdam və xilasetmə qrupu hadisə yerinə göndərilib və bədən xəsarəti alanlar vertaliyot vasitəsi ilə xəstəxənaya köçürülüblər.
O əlavə olaraq deyib: "Hal-hazırda Kermanşah əyalətinin Qızıl Aypara Cəmiyyətinin əməliyyat qrupları tərəfindən çöküntüləri təmizləmə əməliyyatları aparılır. Təəssüf ki, yaralılardan biri aldığı ağır bədən xəsarəti səbəbindən dünyasını dəyişib."

Teqlər