Avq 09, 2020 18:32 Asia/Baku
  • İran istehsal; olan yeni karbon pəncələrin təqdimatı

Tehranda bir iranlı startap şirkəti tərəfindən düzəldilmiş “C-SPORT” markalı idman tipli karbon pəncənin təqdimatı olub.

İranlı startap şirkət, idman fəaliyyətlərinin/ bədən üzvləri kəsilmiş şəxslərin özünəinam səviyyələri və əhval-ruhiyyələrinin artırılması sahəsindəki birbaşa roluna əsaslanaraq, müxtəlif idman pəncələrini dizayn və istehsal edibdir.

Bu startap şirkətin icraçı müdiri Həmidreza Məqareh Abed bu gün İranda düzəldilən bu modern idman karbon pəncələrin təqdimatı mərasimində deyib: Keçmiş nəsildən olan pəncələr elastik deyildi və əlil şəxslər üçün məhdudiyyətlər yaradırdılar.

O, 700 iranlı müharibə əlilinin, daxildə istehsal edilən süni ayaqlardan istifadə etməsinə toxunaraq, qeyd edib ki, bu iranlı startap şirkətin məhsulları indiyədək İraqa və Suriyaya ixrac edilibdir.

İranda düzəldilən və yüngül çəkiyə malik olan modern karbon pəncələr çox yüksək «yay» xüsusiyyətli karbon lifli kompozitdən hazırlanmış C şəkilli bir ülgücə malikdir. İdman fəaliyyətləri üçün nəzərdə tutulan bu süni ayaqlar yüksək fəallığa maik idmançılara münasibdir.

Teqlər