Sen 12, 2020 14:35 Asia/Baku
  • Ayətullah Yusif Sanei vəfat etdi

Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Yusif Sanei bu gün haqqın dərgahına qovuşub.

Səhər Azəri bildirir ki, Ayətullah Yusif Sanei ayaq burxulması nəticəsində çanaq sümüyü və bilək sümüyündə sınıqların yaranması diaqonuzu ilə cümə axşamı Qum şəhərində xəstəxanaya yerləşdirilmişdi. 

1937-ci ildə İsfahan vilayətinin Nikabad məntəqəsində dünyaya gələn Ayətullah Sanei 1946-cı ildə İsfahan dini elmlər hövzəsinə daxil olmuş və 1951-ci ildə təhsilini davam etdirmək üçün Qum dini elmlər hövzəsinə getmişdir. 

Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Sanei İmam Xomeyni (r.ə) Ayətullah Brucerdi, Ayətullah Əraki, Ayətullah Mühəqiq Damad kimi böyük alimlərdən dərs almışdır. 

Ayətullah Yusif Sanei Rəhbərlik Xübrəqanı Məclisi və İran Konstitusiyasının icrasına nəzarət üzrə Negəhban Şurasının keçmiş üzvü habelə, İranın sabiq baş prokuroru olmuşdur.  

Teqlər