Dek 23, 2020 11:51 Asia/Baku
  • Təxti Rəvançi:

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bu təşkilatın Təhlükəsizlik Şurasının iclasında, Əhatəli Müştərək Təşəbbüs Proqramının yenidən müzakirəyə çıxarılmasına dair istənilən təklifi Tehran üçün qəbuledilməz adlandırıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Məcid Təxti Rəvançi BMT Təhlükəsizlik Şurasının İranın nüvə anlaşması ilə bağlı 2231 saylı qətnamənin icrasına dair 6 aylıq hesabatın təqdimatı üçün keçirilən bu iclasda deyib: " Əhatəli Müştərək Təşəbbüs Proqramı çətin və yurucu danışıqların və güzəştə getmələrin nəticəsidir. Bunu dəyişdirmək və ya yenidən müzakirə etmək təklifləri 2231 saylı qətnaməyə ziddir və İran üçün qətiyyən qəbuledilməzdir ”.

Təxti Rəvançi, ABŞ-ın nüvə anlaşmasından birtərəfli və qanunsuz şəkildə çıxmasına  və Vaşinqtonun İrana qarşı təzyiq göstərmək üçün hərtərəfli kampaniyasına toxunaraq, deyib: "ABŞ bu hərəkətlərlə mütəmadi olaraq, nüvə anlaşması ilə bağlı öhdəliklərini və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur".

"ABŞ başqa ölkələri 2231 saylı qətnamənin icrasından imtina etmək və ya birtərəfli sanksiyalarla üzləşmək barədə dilemma qarşısında qoyaraq, nəinki, özü 2231 saylı qətnaməni pozmuş olur, həmdə onun digər ölkələr tərəfindən həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olur", - deyə İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi əlavə edib.

Təxti Rəvaçi daha sonra İranın nüvə anlaşması ilə bağlı atdığı addımlara toxunaraq deyib: "İran əvvəldə ABŞ-a qarşı qarşılıqlı tədbirlər görmək əvəzinə, üç Avropa ölkəsinin istəyi ilə bir il müddətinə strateji səbir siyasəti həyata keçirdi, Lakin İranın maksimum təmkinliyi maksimum təzyiq adı ilə tanınan siyasətlə cavablandırıldı".

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: "Belə bir şəraitdə İranın Əhatəli Müştərək Təşəbbüs Proqramının 26 və 36-cı maddələrinə tam uyğun olaraq, kompensasiya xarakterli addımlar atmaqdan başqa yolu yox idi".

Əhatəli Müştərək Təşəbbüs Proqramının 26 və 36-cı maddələrinə əsasən, İrana qarşı tətbiq olunan sanksiyalar yenidən bərpa olunarsa, Tehran öz öhdəliklərini tamamilə və ya qismən dayandırma hüququna malikdir".

Təxti Rəvançi ABŞ-ın humanitar yardım materiallarının sanksiyalardan azad edildiyinə dair iddialarının tamamilə yalan olduğunu bildirib və deyib: " ABŞ sanksiyaları, humanitar yardım maddələrinin, xüsusilə də nadir və mürəkkəb xəstəlikləri olan xəstələrin ehtiyac duyduğu həyati dərmanlar və tibbi avadanlıqların İrana daxil olmasına mane olur".

Teqlər