Yan 25, 2021 08:45 Asia/Baku
  • Zərif:

İran İslam Respublikasının xarici işlər naziri Bakıya daxil olarkən, deyib: "ًAzərbaycan Respublikasından əlavə, yaxın günlərdə Rusiya, Ermənistan, Gürcüstan, Həftə sonu isə Türkiyəyə səfəri qərara alınıb".

SəhərAzəri  xəbər verir, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad zərif bazar günu gecə saatlarında Bakıya daxil olarkən, bu səfərin əsas mövzusunun Tehran üçün çox böyük əhəmiyyət daşıyan regional əməkdaşlığın müzakirəsi olduğunu vurğulayaraq, deyib: "İran İslam Respublikası ilə çox yaxşı və ikitərəfli münasibətlərə sahib olan bu ölkələrlə regional əməkdaşlığı müzakirə etmək, bu səfərin ən mühüm hədəflərindəndir". 

O, əlavə edib: "Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və  azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri və bu regionda sabitliyin qorunması Azərbaycan Respublikası və regionun digər ölkələrinin rəsmiləri ilə görüşlərdə müzakirə olunacaq".

İran İslam Respublikasının xarici işlər nazirinin sözlərinə görə, səfər çərçivəsində, tranzit məsələləri və Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin tamamlanması ilə bağlı danışıqlar olacaq.

Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad zərif bu gün Azərbaycan Respublikası prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Ceyhun Bayramov və bu ölkənin baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb, fikir mübadiləsi aparacaq. Danışıqlar bitdikdən sonra, Rusiya rəsmiləri ilə görüşmək məqsədilə Bakını Moskva istiqamətində tərk edəcək.

Teqlər