Fev 28, 2021 22:41 Asia/Baku
  • Azərbaycanlı deputat İranla iqtisadi münasibətləri yüksək qiymətləndirib

Azərbaycanlı deputat İranla iqtisadi münasibətləri yüksək qiymətləndirib.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri bu ölkənin İranla ticarət əlaqələrinin artmaqda olduğunu bildirib.

Tahir Mirkişili Azərbaycan Respublikasının regional əməkdaşlıqları və münasibətlərini İranla əlaqələrin genişləndirilməsi istiqamətində dəyərləndirib və belə deyib: Azərbaycan Respublikası təkbaşına Qarabağ bölgəsinin şəhər və kəndlərini bərpa etməyə qadir deyil və iranlı şirkətlərin həmkarlığı da daxil olmaqla xarici yardıma və investisiyaya ehtiyac duyur.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri sonra qeyd edib ki, bu ölkə ilə İran arasında yaxşı münasibətlərin olması regionun inkişafına da kömək edəcək.

Bundan öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də demişdi ki, İran İslam Respublikası/ Qarabağ bölgəsinin işğaldan azad edilməsindən sonra bu bölgənin bərpasında ön planda durur.

Teqlər