Fev 28, 2021 23:08 Asia/Baku
  • Qom vilayətində misir söyüdü yığımı başlayıb

İranın Qom vilayətində misir söyüdü yığımı başlanıb. Bu dərman bitkisindən on səkkiz ton məhsul yığımı gözlənilir.

SəhərAzəri xəbər verir ki, misir söyüdü ağacları yazdan qabaq çiçək açırlar ki, öz tərəfdarlarına ürəkaçan yaz havasını və tumurcuqların açılması xəbərini çatdırmış olsunlar və indi baharın elçiləri Qom vilayətində çiçək açıblar.

Bilməyiniz maraqlı olardı ki, misir söyüdü ağacının gülləri yarpaqlarından öncə üzə çıxırlar.

Qom vilayətində 300 hektardan çox bir ərazidə zəfəran və qızılgül kimi dərman bitkiləri becərilir. Bu rəqəmin altı hektarı da misir söyüdünə aiddir.

Misir söyüdü ürək döyüntüsünü tənzim etmək və əsəbləri gücləndirməklə yanaşı, ağrıya qarşı da təsirlidir.

Bu kapsulaya bənzər tüklü çiçəkləri yığdıqdan sonra Kaşan şəhəri və Qom vilayətindəki istehsal mərkəzlərinə gedirlər ki, bu qızmar istilik altında çiçəklər misir söyüdü suyuna çevrilmiş olsunlar.

Müxtəlif vilayətlərdə yekun məhsula, yəni misir söyüdü suyunun əldə olunmasınadək, fermerlər yığımla məşğul olmaqda davam edirlər.

Bu xoş rayihəli bitkinin yığılması bir neçə gündür ki, Qom vilayətində başlanıb. Yığım martın beşinədək davam edəcək. Amma ölkənin digər vilayətlərində iqlim şəraitinə uyğun olaraq, misir söyüdü yığımı aprelin üçünədək davam edəcək.

Teqlər