Mart 06, 2021 10:06 Asia/Baku
  • İran sionist rejimin yanlış addımının nəticələri barədə xəbərdarlıq edib

İranın BMT-dəki daimi nümayəndəsi sionist rejimin Oman dənizində həmin rejimin gəmisinə hücum barədəki iddiasını əsassız adlandırıb.

SəhərAzəri əxəbr verir ki, O, sionist rejimin mühasibat səhvinə söykənən addımının nəticələri ilə bağlı dünyaya xəbərdarlıq edib.

Məcid Təxte Rəvançi cümə günü BMT-nin baş katibi Antonio Quterreşə, həmçinin BMT Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, sionist rejimin, İranın, Oman dənizində bir sionist rejim gəmisinə qarşı son hücumun amili olmasına dair ittihamını əsassız adlandıraraq, onu rədd edibdir.

O, vurğulayıb: Bu hücumun özəlliklkəri göstərir ki, o, öz qanunsuz məqsədləri və şərcəsinə siyasətlərini güdən oyunçular tərəfindən həyata keçiriib.

İranın BMT-dəki daimi nümayəndəsi söyləyib: Sionist rejimin İrana qarşı ittiham irəli sürməkdə məqsədi, özünü məzlum göstərmək və ümumi fikri bu rejimin cinayətlərindən yayındırmaq üzrə bir cəhddir.

Təxte Rəvançi deyib: Dünya bu gerçəkliklə bağı sayıq olmalı və sionist rejimin öz hərbi avantüralarına görə, məsuliyyət daşıdığını bildirərək ona xatırlatmalıdır ki, öz mühasibat səhvinə söykənən hər hansı addımın nəticələrinə görə məsuliyyət daşıyacaqdır.

Teqlər