Apr 16, 2021 01:41 Asia/Baku
  • “İranın raketlərinin mənzilini artırması təhdid növü ilə əlaqədardır”

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-üzma Xameneinin hərbi müşaviri general Hüseyn Dehqan İranın raketlərinin mənzilini artırmasının təhdid növü ilə əlaqədar olduğunu söyləyib.

SəhərAzəri xəbər verir ki, general Hüseyn Dehqan cümə axşamı günü (15 aprel) Yəmənin Əl-Məsirə şəbəkəsinə verdiyi müsahibəsində, İrana qarşı istənilən düşmənçilik hərəkəti barədə xəbərdarlıq edərək, belə deyib: “Hər hansı düşmən hərəkəti doğru yerdə və vaxtda sərt və praktik cavabla qarşılanacaq ki, (düşmən) artıq bu hərəkəti təkrar etməsin. İran istənilən təhlükə və təcavüzlə qarşılaşmağa tam hazırdır və qüvvələrimiz bütün düşmən hərəkətləri izləyir”.

İranın sabiq müdafiə naziri İranın hər hansı təcavüzə qarşı planının olduğunu vurğulayaraq, belə deyib: “İranın raket gücü qırmızı xəttdir və müzakirə edilə bilməz. Bu bitdi. İran raketlərinin məsafəsini artırmaq təhdidlərlə əlaqəlidir və raketlərimizi üzləşdiyimiz təhlükə növünə görə artırırıq.

Kütləvi qırğın silahlarından başqa əldə etməyə çalışmadığımız silah məhdudiyyətimiz yoxdur. Natanza edilən hücumu kimin məsuliyyət daşıdığının və ya inkar etməsinin heç bir əhəmiyyəti yoxdur, bu hücumun Yəhudi-Ərəb-Amerika üçbucağı çərçivəsində baş verməsi və ABŞ-ın ondan çəkinməməsi mühümdür.

Düşmən rejiminin su səthində gəmilərimizə hücum etməsində məqsəd gərginlik və müharibə atmosferi yaratmaqdır və qarşı tərəfdən reaksiya gəlsə, bu təbii bir reaksiyadır.

Dehqan müsahibənin başqa hissəsində Suriya qüvvələrinə məsləhətçilik etmək üçün İran qüvvələrinin mövcudluğuna toxunub və bununla bağlı belə danışıb: “Suriyada məsləhətçilik səviyyəsində mövcudluğumuz, Suriya hökuməti bizdən xahiş etdiyi müddətdə davam edəcək”.

General Dehqan uranın 60% zənginləşdirilməsi ilə bağlı İran rəsmilərinin açıqlamalarına da münasibət bildirib: “İranın zənginləşdirməni 60%-ə qaldırmaq üçün atdığı addım bölgə ölkələri üçün təhlükə deyil və əksinə, bölgə ölkələrini özümüz üçün təhlükə olaraq qəbul etmirik. Bölgədəki yad qüvvələrin olması bütün problemlərin və gərginliyin səbəbidir. Müdafiə qabiliyyətimiz bölgənin marağındadır və İslam ölkələrinə qarşı olmayacaq.

Səudiyyə Ərəbistanı (Səud rejimi) bizim düşmənimiz deyil, ancaq ərəb-qərb-sionist koalisiyası çərçivəsində yaramaz hərəkətlər etsə, o zaman bizim onlara baxışımız fərqli olacaq. Yəmənin məzlum xalqı mühasirədə və aclıqdadır və amansız hücumlara məruz qalır. Bütün bşəriyyət bu fəlakətə reaksiya göstərməlidir”.

Teqlər