Sistan və Bəluçistanda terrorçu dəstə məhv edildi
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Sistan və Bəluçistan vilayətində bir terrorçu dəstənin məhv edildiyini açıqlayıb. Əməliyyat nəticəsində dəstənin iki üzvü zərərsizləşdirilib.
SEPAH-ın Quru Qoşunlarının Qüds Qərargahı bildirib ki, Rask şəhərinin qərbindəki dağlıq ərazidə gizlənən bir terrorçu dəstə İmam Zamanın naməlum əsgərləri tərəfindən dəqiq kəşfiyyat məlumatları əsasında müəyyən edilərək, qəfil əməliyyatla zərərsizləşdirilib.Məlumata əsasən, əməliyyat zamanı iki terrorçu öldürülüb.Bildirilib ki, sözügedən dəstə daha əvvəl çoxsaylı terror aktları törədib. Onlar sonuncu terror əməliyyatlarında SEPAH-ın əhli sünnədən olan bəluc əsilli hərbçisi Əbdürrəuf İshaqini şəhid ediblər, həmçinin Rask şəhərindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.Məlumata görə, terrorçu dəstənin gizləndiyi yerdən “Starlink” cihazı, həmçinin silah və terror fəaliyyətlərində istifadə olunan müxtəlif avadanlıqlar aşkarlanaraq, götürülüb.