Yan 25, 2021 15:27 Asia/Baku
  • Xətibzadə: “İndoneziyadan daha çox məlumat gözləyirik.”

İndoneziya Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən İran neft tankerinin ələ keçirilməsinə reaksiya verən İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Bununla əlaqədar bəzi ziddiyyətli məlumatlar aldıq, ancaq daha çox məlumat almağı gözləyirik."

SəhərAzəri   xəbər verir ki, İran XİN- sözçüsü "Səid Xətibzadə  bu gün keçirdiyi həftəlik brifinqdə, "İran Press" müxbirinin İran tankerinin İndoneziya tərəfindən ələ keçirilməsi ilə bağlı Xarici işlər Nazirliyinin gördüyü tədbirlər barədə sualını cavablandırarkən, deyib: "Bu texniki bir məsələdir və gəmiçilikdə belə hallar olur, limanlar şirkəti bu məsələnin səbəbini və onun həll yollarını araşdırır və Cakartadakı səfirliyimiz və Xarici İşlər Nazirliyi də məsələni izləyirlər".

Xətibzadə, həmçinin regional inkişaflar və Səudiyyə Ərəbistanı ilə bağlı suala cavab olaraq, vurğulayıb: "Bütün qonşular üçün mövqeyimiz eynidir."

O, İranın "Hörmüz Sülh Planı"na toxunaraq, deyib: "Regional əməkdaşlıq üçün bir çərçivə axtarırıq və düşünürük ki, bu çərçivə münasibətləri tənzimləmək üçün ən yaxşı həll yoludur".

Xətibzadə əlavə edib: "Əgər Səudiyyə Ərəbistanı həqiqətən zorakılıq və bölgədən kənar ölkələrlə əməkdaşlığa dair absurd dövriyyədən uzaqlaşarsa, İran Səudiyyə Ərəbistanına ağuşunu açacaqdır".

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, biz dözə bilmirik ki, Yəmən xalqı bombardman edilsin və ya Ənsarullahın adı ABŞ-ın dırnaq arası terrorizm siyahısına salınsın və eyni zamanda Səudiyyə Ərəbistanı regional dialoq ardınca olduğunu iddia etsin.

Xətibzadə İraqdakı son terror hücumları ilə bağlı deyib: "Terrorizmin kökü mütləq intellektual radikalizmdədir və belə görünür ki, bölgədəki bulaşıq sudan balıq tutmaq istəyən üçüncü istiqamət var; Şübhəsiz ki, İran İslam Respublikası müttəfiqləri ilə bərabər İŞİD-in bölgədə özünü bərpa etməsinə izn verməyəcək".

Teqlər