Peyğəmbər öz əcəli ilə vəfat etmişdir, yoxsa kimsə onu zəhərləmişdir?
Həzrət Mühəmməd Peyğəmbərin (s) öz əcəli ilə dünyadan köçməsi haqqında fikirlər daha geniş yayılmış və daha mötəbərdir.
Hər halda, o həzrət qəfil və tez zəhərlənmə nəticəsində vəfat etməmişdir. Bəzi ifratçı şəxslərin iddia etdiyi kimi ümmülmöminin Aişənin o həzrəti zəhərləməsi haqqında rəvayətlər əslində nadir və qeyri-mötəbərdir. Peyğəmbərin zəhərlənməsi barədə az-çox etibar yaradan fikir bundan ibarətdir ki, Xeybər savaşından sonra əsir düşmüş qadınlardan Səfiyyə adlı birisi o həzrət üçün zəhərli xörək gətirmiş və Peyğəmbər (s) o xörəyi yeyərək zəhərlənmişdi. Bəzi hədislərə görə, Peyğəmbər (s) bu hadisəsədən sonra bir neçə dəfə səhabələrə buyurmuşdu ki, məni o yəhudi qadın zəhərlədi. Hətta bu fikri doğru saysaq belə, deməli, Peyğəmbərin (s) vəfatı ani zəhərlənmədən sonra qəfil baş verməmişdir. Çünki o həzrət Xeybər savaşından təqribən dörd il sonra dünyasını dəyişmişdi.
islam.az