May 01, 2017 10:22 Asia/Baku
  • Həzrət Zeynəbin(s) hərəmində İmam Hüseyn(ə) üçün mövlud şənliyi keçirilib

Suriyada, xanım Zeynəbin(s) pak hərəmində şiələrin 3-cü imamı həzrət İmam Hüseyn(ə) və qardaşı həzrət Əbülfəzl Abbas(ə) üçün mövlud şənliyi təşkil edilib.

İRNA-nın məlumatına görə, İmam Hüseynin(Ə) mövlud günü münasibəti ilə Suriyada, xanım Zeynəbin(s.ə) hərəmində möhtəşəm şənlik mərasimi keçirilib. Mərasimdə yerli insanlar ilə yanaşı İran və digər ölkələrdən olan zəvvarlar da iştirak ediblər. 

İran İslam İnqilabının Böyük Rəhbərinin Suriyadakı nümayəndəsinin ofisi tərəfindən təşkil edilən bu mərasimdə iranlı, iraqlı və suriyalı məddahlar mövlud şerləri oxuyublar. 

Bu bayram şənliyi 3 gecə davam edəcək. 

 

Teqlər