Okt 25, 2016 11:28 Asia/Baku
  • 5 ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu

5 ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu

Ukrayna daxil olmaqla 5 ölkə Avropa İttifaqının qərarını dəstəkləyərək Rusiyaya qarşı sanksiyalara qoşulub.

 

 TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının saytında bildirilir.

 

"Namizəd ölkələr olan Monteneqro ilə Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyasının üzvləri - Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən Ukrayna qətnaməyə qoşulur", - sənəddə bildirilir.

 

Sentyabrın 15-də Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. 146 şəxs və 37 şirkətə qarşı məhdudiyyətlər gələn ilin mart ayınadək qüvvədə qalacaq.

Teqlər