“Cəmiyyət belə bir medianı istəməsəydi, bu cür media mövcud omazdı”
-
Elçin Şıxlı: “Cəmiyyət belə bir medianı istəməsəydi, bu cür media mövcud omazdı”
Elçin Şıxlı: “Cəmiyyət belə bir medianı istəməsəydi, bu cür media mövcud omazdı”
Mətbuat cəmiyyətin güzgüsü rolunu oynayır. Amma bu gün ölkə mətbuatına baxdıqda mətbuatın güzgü rolunu oynadığını ciddi olaraq demək olmaz. Çünki, ölkə mətbuatı əhalinin real problemlərindən deyil, tam fərqli, lazımsız mövzuları gündəm olaraq önə çıxardır. Ekspertlərin fikrincə ölkə mətbuatı uzun müddət bu durumda olmayıb.
“Ayna.az” saytının təsisiçisi və baş redaktoru Elçin Şıxlı deyib ki, əslində ölkə mətbuatı da cəmiyyətə oxşayır: “Bu gün mətbuatın cəmiyyətin güzgüsü rolunda iştirak etməsinə heç bir lüzum yoxdur. Mətbuat əslində cəmiyyətdən dә irəli gələn bir fenomendir. Bu gün mətbuatın cəmiyyətin güzgüsü rolunu oynamağa mane olacaq bir hal görmürəm. Nə var hamsı ortadadır. Əgər cəmiyyət belə bir medianı istəməsəydi, belə bir media mövcud ola bilməzdi. Cəmiyyətin tələbinə uyğun media, mətbuat formalaşıb. Cəmiyyət bu medianı istəməsəydi və real bir mətbuat tələb etsəydi fərqli mənzərələrin şahidi olardıq. Tələb dedikdə insanların öz ürəklərində, yuxuda deyil, ortada real tələblər olsaydı ona uyğun mətbuat formalaşa bilərdi. Bu gün görünən budur ki, cəmiyyəti heç nә narahat etmir.
Təbii ki, cəmiyyətin formalaşmasında mətbuatın rolu az deyil. Amma cəmiyyət mətbuatın ötürdüyü hər bir absurd fikiri qəbul edirsə, bu cür də olacaq. Eyni zamanda insanın ağılı başında olduqdan sonra, onun fikrini heç kəs formalaşdıra bilməz. İnsan düşünməyi bacarmalıdır. Düşünməyi bacaran insanın heç kəs yad fikirlərin təsiri altına sala bilməz. Amma bu gün cəmiyyət verilən məlumatları həzm edir və bu nəticələr gözləniləndir”.