Sen 28, 2016 13:05 Asia/Baku
  • Avropa Birliyindən referendum bəyanatı
    Avropa Birliyindən referendum bəyanatı

Avropa Birliyindən referendum bəyanatı

Avropa Komissiyası Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venetsiya komissiyasının narahatlıqlarını nəzərə almağa çağırır. Bunu Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Azərbaycanda konstitusiyaya əlavə və dəyişiklər üzrə referendum haqda bəyanatında bildirir.

Avropa Komissiyasının sözçüsü adından yayılan bəyanatda deyilir ki, vətəndaşların əksəriyyəti referenduma çıxarılan 29 bəndin hamısının lehinə səs verib. Referendum dinc şəraitdə keçib.

Ancaq bəyanatda deyilir ki, bəzi çatışmazlıqlar olub. Referendum qabağı kampaniyada bir sıra fəallar saxlanıb.

Bunları və Avropa Şurasının Venetsiya Komissiyasının keçən həftə ifadə ediyi narahatlıqları nəzərə alaraq Avropa Birliyi Azərbaycanı Konstitusiya dəyişikliklərini həyata keçirərkən Venetsiya Komissiyasının iradlarını nəzərə almağa çağırır.

Avropa Komissiyasının bəynatında sonda qeyd olunur ki, bu və digər məsələlərdə Avropa Birliyi Azərbaycanal dialoqda işləməkdə davam edəcək.

Xatırladaq ki, Avropa Şurası Venesiya Komissiyası Konstitusiya dəyişikliklərinə mənfi rəy verib. 

/Dəyərlər/

Teqlər