Avq 07, 2016 13:12 Asia/Baku
  • Hikmət Hacızadə
    Hikmət Hacızadə

Hikmət Hacızadə: "Türkiyə Qərblə danışıq tonunu dəyişməyə məcbur olacaq"

Son vaxtlar Türkiyənin Qərblə olan münasibətlərindә kifayət qədər soyuqluq müşahidə edilir. Bu da Türkiyənin xarici siyasətində hiss edilməsi istisna edilmir. Türkiyənin NATO ölkəsi kimi bu cür davranışları Qərbin maraqlarına cavab vermir. Ekspertlərin fikrincə Türkiyə artıq Rusiya ilə olan münasibətləri daha aktiv şəkildə inkişaf etdirmək istəyir. Bununla da yarana biləcək boşluğu doldurmaq istəyir.

 

Politoloq Hikmət Hacızadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, dünyada, Türkiyə iddia etdiyi qədər müstəqillik yoxdur: "Türkiyənin Qərblə olan soyuq münasibəti ilk kreditə ehtiyacı yaranana qədər davam edə bilər. Nə vaxt Türkiyənin pulu qurtaracaq Qərb maliyyə mərkəzlərindən kredit istəməyə başlayacaq. Həmin vaxtlarda Türkiyənin Qərblə danışıq tonu dəyişəcək. Çünki, Türkiyə hal hazırda elə davranır ki, sanki heç bir qurumdan, ölkədən asılı deyil. Amma dünyada Türkiyə iddia etdiyi qədər müstəqillik yoxdur. Əslində Türkiyənin dirçəlmə səbəbləri Qərbin maliyyə qurumları ilə sıx əməkdaşlıq etməsidir. Türkiyə artıq Qərb maliyyə mexanizminin tərkib hissəsinə çevrilib. Türkiyə bu sistemdən çıxmaq istəyirsə, öncəki Türkiyə ola bilməyəcək.

 

Türkiyə Rusiya ilə münasibətlərini sıxlaşdırır. Amma Rusiya hal-hazırda Türkiyəyə heç bir köməklik edə bilməz. Bu gün Türkiyə çox mürəkkəb bir maliyyə sisteminin tərkib hissəsidir. Rusiya bu sistemlə müqayisədə heç bir gücə malik deyil. Sabah Türkiyəyə kredit lazım olanda o krediti Rusiya deyil, yenə Qərb maliyyə mərkəzləri verə bilər. Türkiyə Qərblə bu cür soyuq münasibətləri davam etdirsə, Qərb təşkilatları onunla əmәkdaşlıqda ehtiyatlı davranacaq". Deyerler.org