Avq 08, 2016 14:31 Asia/Baku
  • Fətullahçıların üzərindən çıxan 1 dollarların sirri
    Fətullahçıların üzərindən çıxan 1 dollarların sirri

Fətullahçıların üzərindən çıxan 1 dollarların sirri

Türkiyədə 15 iyul 2016-cı il hərbçilərin çevrilişə müəmmalı cəhdi uğursuzluqla nəticələndi və bütün iştirakçılar hətta sıravi əsgərlər də çox ciddi cəzalandırıldı. Bir sözlə, çevriliş cəhdi tamamilə yatırıldı. Qardaş Türkiyədə baş verənlər ölkəmizdə də çox ciddi narahatlıq və həyəcan yaratmışdı. Hadisələrin arxasından müəyyən qədər Fətullah Gülən, müəyyən qədər ABŞ-ın yüksək vəzifəli hərbçiləri çıxsa da, hələ də nə baş verdiyi tam olaraq hər kəsə bəlli olmadı. Çünki hadisələr qısa müddətdə baş verdi: şəhidlər verildi, günahsız insanlar dünyasını dəyişdi, hətta əsgərlərə qarşı vəhhabi qrupların da silahlı mübarizə apardıqları barədə video-görüntülər də yayılmağa başladı. Ona görə də qaranlıq məqamlar çoxdur və hələ də qalmaqdadır.

Lakin günbəgün hadisə ilə bağlı yeni məqamlar açılmaqdadır. Elə bu günlərdə hadisələrdə tutulan hərbçilərin və onlarla əlbir olanların ciblərindən, çantalarından, evlərindən 1 dollarlıq əskinazların çıxması qalmaqal yaratmış və araşdırmalara səbəb olmuşdu. Bu 1 dollarlıq əskinazların bir şifrə olduğu barədə çox söhbətlər yayılmağa başladı. Nə şifrə idi bu? Dindirmə zamanı bəziləri bu əskinazların Fətullah Gülən tərəfindən oxunaraq bərəkət olsun deyə göndərilməsini desələr də, başqa nəticələr ortaya çıxmağa başladı. Bəzi ipucları həmin 1 dollarların təşkilat üzvləri arasında bir bağ, əlaqə vasitəsi rolunu oynadığını göstərmə yönündə idi. Türkiyə ordusunun yüksək rütbəli sabiq zabiti Səmih Çətin Amerika ordusunun “Dəniz piyadaları”nın əsgərlərinin də üzərində 1 dollarlıq dəmir pulların olduğunu və bu pulların onlar üçün “meydan oxuma sikkəsi” mənasına gəldiyini vurğuladı. Ən əsası, bu, Amerikaya və “Dəniz piyadalarına” sədaqətin göstəricisi sayılır ki, bunu da bir işi yerinə yetirə bildikləri vaxt özlərinə verdikləri şərəf medalı kimi görülür.

Nəzərə alsaq ki, qiyamın planı NATO-nun Türkiyədəki “İncirlik” bazasında hazırlanıb və oradan həyata keçirilməyə başlayıb, belə nəticəyə gəlinir ki, bu, bir növ Fətullah Gülənə və onun arxasındakı Amerika dövlətinə sədaqəti göstərir.

Digər əsas məsələ isə təşkilatlanan əsas çevrilişçilərin bu 1 dollarlıq banknotları kimlik kimi də istifadə etmələridir. F seriyalı olan banknotların Fətullaha yaxın olan adamlarda olduğu bildirilir. İfadələrdə o da bildirilir ki, həmin bu pulların üzərində olan seriya nömrələri “kimlik nömrəsi”ni əvəz edir, qeydləri isə Gülənin yaşadığı Pensilvaniya ştatında saxlanılır.

 

Tural Ağamirzəzadə

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Deyerler.Org

Teqlər