İmam Zaman ağanın (ə.f) müntəziri gərək haqqı sahibinə qaytarsın
İmam Zaman ağanın (ə.f) müntəziri gərək haqqı sahibinə qaytarsın
İmam Zaman ağa (ə.f) buyurur: “Həqiqətən o kəs ki, din qardaşlarının haqqında İlahi sərhədləri saxlayarsa və boynunda olan maddi haqları layiq olana (haqq sahibinə) çatdırarsa – insanı batil yola çəkən fitnədən və ona kölgə salan qaranlıq sıxıntılardan amanda olacaqdır. O kəs ki, simiclik edər və ixtiyarına qoyulan nemətlərdən layiq olana verməzsə, dünya və axirətdə ziyankar olar”.
Hədisin şərhi.
Bu kəlam, gözümüzün işığı İmam Zaman ağanın (ə.f) Şeyx Mufidə yazdığı ikinci məktubun bir hissəsidir. İmam (ə.f) bu məktubda maddi haqqın verilməsinin vacibliyinə işarə etmiş və gətirdiyi xeyir nəticələrdən bəhs etmişdir. İmam (ə.f) bu nurani kəlamında o kəslərə ki, təvqa əhlidirlər və maddi haqlarını sahiblərinə əda edirlər, xitab edərək, onlara zəmanət verir ki, bu Allah bəyənən əməl fitnədən qoruyar və sıxıntılardan aman verər. Lakin əgər kimsə onu verməzsə, həm bu dünyada və həm də axirətdə ziyan edəcəkdir.
İnsan maddi haqlarını vermək istəyən zaman şeytan (lən) vəsvəsəyə başlayar. Onu yoxsul olması ilə qorxudar. Lakin İmam (ə.f) buyurur ki, əgər verməsən, yoxsul olarsan.
İnsan maddi haqqını verən zaman həm maddi cəhətdən inkişaf edər və həm də mənəvi ruzisi də artar. Belə ki, zülmətli yolda hidayət çırağını əlinə alaraq, yolundakı quyuları görə bilər.
/Deyerler.org/