Yan 04, 2020 00:04 Asia/Baku
  • Hacı Qasem Allah yolunda və tapşırığın icrasında heç kəs və heç nədən qorxmurdu
    Hacı Qasem Allah yolunda və tapşırığın icrasında heç kəs və heç nədən qorxmurdu

İslam İnqilabının Böyük Rəhbəri şəhid Soleymaninin sədaqəti və fədakarlığına işarə edib və belə deyiblər: Hacı Qasem dəfələrlə şəhadətə məruz qalmışdı, amma Allah yolunda və tapşırığın və cihadın yerinə yetirilməsində heç kəs və heç nədən qorxmurdu.

Həzrət Ayətullahuluzma Xamenei dünən gecə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar şəhid Qasem Soleymaninin mənzilində olaraq, şəhidin ailəsini nəvaziş edib və o yüksək dərəcəli və sadiq mübarizin şəhadətilə bağlı başsağlığı veriblər.

İslam İnqilabının Böyük Rəhbəri general Soleymaninin, dünyanın ən xəbis şəxsləri, yəni amerikalıların əli ilə şəhid edilməsi və onların bu cinayətlə iftixar etmələrini o şücaətli mübariz üçün yüksək bir özəllik adlandırıblar. Qeyd ediblər ki, onun cihadı böyük bir cihad idi və Allah-Taala da onun şəhadətini böyük bir şəhadət qərar verdi.

Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Bu böyük nemət ona layiq idi və ona nuş olsun. Hacı Qasem elə bu cür şəhid olmalı idi.

O həzrət bütün İran xalqının ürəkləri və general şəhidin ailəsinin ürəklərinə səbir diləyərək, əlavə ediblər: Bu gün gördünüz ki, ölkənin müxtəlif şəhərlərində əhali nə həcmdə və hörmət ilə küçələrə çıxdı. Müşayiət mərasimini də görəcəksiniz. Bu nemətlər bizim gözlərimiz önündədir ki, şəhadətin dəyərini bilmiş olaq.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, xarici cihad cihadi-əkbərə, yəni daxili cihada söykənir. O həzrət şəhidin qızına xitabən deyiblər: Bütün xalq sizin atanıza minnətdar olaraq, onun matəminə qərq olub və bu qədirbilmə o insanda mövcud olmuş böyük bir sədaqət nəticəsində olubdur, zira ürəklər Allahın əlindədir və sədaqət olmadan insanların ürəkləri bu cür hiss etməyəcəklər.

Teqlər