Mart 28, 2021 11:02 Asia/Baku
  • İran-Çin hərtərəfli əməkdaşlıq proqramının sənədi imzalandı
    İran-Çin hərtərəfli əməkdaşlıq proqramının sənədi imzalandı

25 illik plan kimi tanınan İran İslam Respublikası və Çin Xalq Respublikasının hərtərəfli əməkdaşlıq planının sənədi, iki ölkənin xarici işlər nazirləri Zərif və Vanq Yi tərəfindən imzalanıb.

SəhərAzəri xəbər verir ki, SəhərAzərinin verdiyi məlumata görə, İran İslam Respublikası ilə Çin Xalq Respublikası arasında 25 illik plan kimi tanınan hərtərəfli əməkdaşlıq planının sənədi bu gün (şənbə-27 mart) günortadan sonra  iki ölkə xarici işlər nazirləri, Məhəmməd Cavad Zərif və Vang Yi tərəfindən imzalandı.

İran-Çin diplomatik münasibətlərinin 50-ci ildönümündə iranlı həmkarının dəvəti ilə 26-mart cümə gün Tehrana gələn Çin Xarici İşlər Naziri, bu gün Məhəmməd Cavad Zəriflə birlikdə Dövlət Departamentinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində İran- Çin sənədləri sərgisinin açılışını da etdi.

Çin xarici işlər naziri həmçinin bu gün İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Əli Laricani ilə də görüşdü.

Laricani ilə görüşdə iki ölkə arasındakı tarixi və dostluq əlaqələrinə toxunan Vang Yi hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın vacibliyini vurğuladı və iki ölkə arasında hərtərəfli strateji əlaqələr proqramının yekunlaşmasından  razılıq edərək bildirdi: Ölkəsinin İran İslam Respublikası ilə ələaqələri günün şərtlərindən təsirlənməyəcək, lakin qalıcı və strateji olacaqdır.

 Əli Laricani də bu görüşdə vurğuladı: İran İslam Respublikası ölkələrlə münasibətlərinə müstəqil olaraq qərar verir və bəzi ölkələr kimi telefon danışıqları ilə mövqeini dəyişmir.

Teqlər