İyul 22, 2022 17:14 Asia/Baku
  • «Səhər» beynəlxalq telekanalının mükafatı şəhid Əlmühəndisin ailəsinə təqdim edilib
    «Səhər» beynəlxalq telekanalının mükafatı şəhid Əlmühəndisin ailəsinə təqdim edilib

«Səhər» beynəlxalq telekanalının mükafatı şəhid Əlmühəndisin ailəsinə təqdim edilib

 

SəhərAzəri-nin məlumatına əsasən, «Səhər» beynəlxalq telekanalının istehsal etdiyi sənədli filmlərdən olan «Jian» filmi 13-cü «Əl-Qədir festivalı»nda tədqiqat mehvərli ən yaxşı sənədli proqram mükafatının laureatı olmuşdu ki, mükafat bu telekanalın yaradıcılıq direktoru tərəfindən təhvil alınarkən o, mükafatı şəhid Əbu-Mehdi Əlmühəndisin ailəsinə təqdim edib.

Bu proqram kürd bir qadının təvəllüddən orta yaşlarınadək keçən həyat tərzini göstərir.

20 dəqiqə ərzində sözsüz film səhnələrinə istinadla kürd icmasının mədəniyyət adət-ənənələrinin göstərilməsi,

bu sənədli filmin başlıca mehvərlərindəndir.

Əl-Qədir festivalı İraqın paytaxtı Bağdad şəhərində keçirilib.

Teqlər