Dek 31, 2020 00:02 Asia/Baku

YOL DAVAM EDİR - MÜSAHİBƏ - 30-12-2020

Verilişin müddəti : 00:50:17

Tarix : 2020/12/30

 

-------------------------------------------------------------------------

 İran xalqından milyonlarla nəfərin Sepah-ın Qüds qüvvələrinin komandanı şəhid general-leytenant Qasem Soleymaninin və onun şəhid silahdaşlarının bu gün Tehranda keçirilən vida mərasimində iştirakı dünya medialarında geniş şəkildə işıqlandırılıb.

 

Dünyanın bir çox telekanalı və informasiya agentliyi bu mərasimi canlı surətdə işıqlandırdı.

Röyters yazıb: General Soleymaninin qızı bu mərasimdə vurğuladı ki, Amerikanı qara günlər gözləyir.

Röyters əlavə edib: Televiziyada göstərilən Tehran əhalisinin sayı eynilə 1989-cu ildə İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyni ilə vida mərasimində iştirak etmiş insanların sayı qədərdir.

Frans-24, CNN, Assoşieyted Press, Skay Nyus, Sputnik, MSNBC telekanal və informasiya agentlikləri və Çinin telekanalları da bu mərasimi işıqlandırıblar.

İran xalqının Sepah-ın Qüds qüvvələrinin komandanı şəhid general-leytenant Qasem Soleymani və onun şəhid silahdaşları ilə bu gün Tehranda keçirilən vida mərasimindəki geniş iştirakı Döyçe Vele, Əlməyadin, Əlaləm, İran-Press və bir çox ərəbdilli mediada da əks etdirilibdir.

 

 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər