Avq 19, 2021 19:07 Asia/Baku

Dünya müsəlmanları Aşura mərasimini keçirirlər.

Verilişin müddəti : 00:44:55

Tarix :                 19.08.2021

=======================================================================

 

 

 

SəhərAzəri-nin məlumatına əsasən, Hicri-qəməri təqvimi ilə bu gün 1443-cü ilin məhərrəm ayının 10-u hüznlü Aşura gününə təsadüf edir.

Hadisənin 14 əsr bundan əvvəl baş verməsinə baxmayaraq, hər il bu qanlı hadisəni yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir. Zülm qarşısında qorxmazlıq hissi bu müqəddəs ayın ən bariz əlamətidir.

Aşura günü baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə İslam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Aşura faciəsi bir daha sübut edir ki, zülm və işğalçılıq fədakarlığın, qorxmazlıq və mərdliyin qarşısında acizdir, həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirib.

Aşuranı yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalətsevərlərin öz içindən qaynaqlanır.

Dünyanın müxtəlif bölgələrində olduğu kimi İran İslam Respublikası və Azərbaycan da bu gün əzadarlıq məclislərinin və mərasimlərinin şahididir.

Bakıdan daxil olan məlumata əsasən, "Xanım Fatimeyi-Zəhra" məscidində Aşura ilə əlaqədar əzadarlıq mərasimi keçirilib. Məşhədi Dadaş Məscidində də oxşar mərasimin keçirildiyi xəbər verilir. 

 

 

----------------------------------------------------------------------------------------------------------------------------------

İRANDA - İmam Hüseyn(ə)-a əzadarlıq mərasimi - MƏHƏRRƏM AYINA ÖZƏL ƏZADARLIQ MƏRASİMİ

 

Teqlər