Feb 02, 2019 11:02 Asia/Baku
  • İran İslam İnqilabının Fəcr ongünlüyü başlandı

Bu gün, cümə, bəhmən ayının 12-si, fevralın biri, İran İslam İnqilabının mübarək Fəcr ongünlüyü başlanır.

Qırx il bundan qabaq belə bir gündə, yəni günəş təqvimi ilə 1357-ci il bəhmən ayının 12-si, 1979-cu il fevralın birində İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə.) on beş il vətəndən uzaqda və sürgündə olandan sonra xalqın şövqlü və əzəmətli qarşılama mərasimi ilə İslami İran torpağına qədəm qoydu.

Onun İrana daxil olmasından on gün sonra, günəş təqvimi ilə 1357-ci il bəhmən ayının 22-si, 1979-cu il fevralın on birində əzəmətli İran İslam İnqilabı zəfər çaldı.

Buna görə, bəhmənin 12-dən, yəni İmam Xomeyni(r.ə)-in İrana daxil olduğu gündən İran İslam İnqilabının zəfər çaldığı bəhmən ayının 22-dək olan müddət, "Fəcr ongünlüyü" adlandırılıbdır. Hər il bu günlərdə İslam İnqilabının qələbəsinin ildönümü ilə bağlı şənliklər və xüsusi mərasimlər keçirilir.

Həzrət İmam Xomeyni(r.ə)-in İrana daxil olduğu tarixi anla bir zamanda İslam İnqilabının "Fəcr ongünlüyü" şənliklərinin başlanması üzrə rəsmi mərasim bu gün səhər xalqın müxtəlif təbəqələri, şəhid ailələri, ordu və ölkə rəsmilərinin iştirakı ilə İran İslam Respublikasının dahi banisinin pak hərəmində, Tehranın Mehrabad hava limanında, həmçinin bütün İslami İranda keçirilir.

Bu gündə kilsələrin zəngləri, gəmilərin siqnalları, qatarların fitləri də hörmət əlaməti olaraq çalınır və bütün İran məktəblərində İslam İnqilabının zəfər nəğməsi səsləndirilir.

Teqlər

Şərhlər