Apr 29, 2019 09:43 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri polis qüvvəsinin virtual mühitin təhlükəsizliyinin təminindəki rolunu mühüm adlandıraraq, belə qeyd ediblər: Polis qüvvəsi qaçaqmalçılıq və virtual mühiti təhlükəli edən amillərlə ciddi surətdə mübarizə aparmalıdır.

Verilişin müddəti :  00:02:32

Tarix :       29-04-2019

 

----------------------------------------------------------------------------------------------------

Həzrət Ayətullahuluzma Xamenei bu gün polis qüvvəsinin komandanları və müdirləri ilə görüşdə "virtual mühitin təhlükəsizliyinin təmini" barədə deyiblər: Virtual mühit bu gün xalqın həyatında geniş şəkildə yayılıb və mənfəət və imkanları ilə yanaşı, böyük təhlükələrə də malikdir.

İslam İnqilabının Böyük Rəhbəri virtual mühitin təhlükəli olmasının xalqa zərər vurduğunu bildirərək, polis qüvvəsinin virtual mühitin təhlükəsizliyinin təminindəki roluna təkid ediblər.

O həzrət təhlükəsizliyin təminini iqtisadi hərəkət və rövnəq üçün bir zərurət adlandırıb və belə qeyd ediblər: İstehsalın rövnəq tapmasının qarşısında duran maneələrdən biri, qaçaqmalçılıqdır ki, bu gün ikitərəfli formaya düşübdür və qaçaq mal idxalından əlavə, xalqın ehtiyac duyduğu bəzi mallar və kənd təsərrüfatı malları da ölkədən çıxarılır.

Həzrət Ayətullahuluzma Xamenei "Silah alqı-satqısının qarşısının alınması"nı polis qüvvəsinin vəzifələrindən digər birisi adlandıraraq, əlavə ediblər: Amerika kimi bəzi ölkələrdə silahqayırma şirkətlərinin mafiya maraqlarına görə, silah alqı-satqısı azaddır və o, xalqı üçün problem yaradır. Amma belə bir problemə malik olmayan bizim ölkəmizdə silah altı-satqısı qadağandır. Onun qarşısı alınmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri virtual mühtidə silah alqı-satqısının qarşısının alınmasını vurğulayaraq, deyiblər: Həmədanlı ruhaninin dünənki qatili instaqram səhifəsində dörd növ silahla öz şəkillərini yayıbdır ki, bu kimi hallarla mübarizə polis qüvvəsinin vəzifəsidir.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin polis qüvvəsinin gücü və mehribançılığını bir-birini tamamlayan iki element adlandırıblar və bu qüvvənin zəhmətkeş işçilərinin bayram və tətil günlərindəki gecəli-gündüzlü səyləri və işlərinə işarə edərək, əlavə ediblər: Son sel hadisəsində polis qüvvəsi zərərçəkən əhaliyə xidmət göstərmək və seldənzərərçəkmiş məntəqələrin təhlükəsizliyini təmin etməklə özünü yaxşı göstərdi.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər

Şərhlər