Okt 16, 2020 14:50 Asia/Baku
  • Yaponiyadan koronavirus üçün yeni dərman

Yaponiyada koronavirusla mübarizə üçün yeni dərman təqdim olunub.

SəhərAzəri xəbər verir, Bu ölkədə «Fuci Film» şirkəti bu gün bildiribdir ki, onun tabeliyində olan şirkətlər koronavirusdan mənşə alan xəstəliklərin müalicəsi üçün «Aviqan» adlı anti-virus dərmanının təqdimatından ötrü Yaponiyanın səhiyyə nazirliyindən lisenziyanın verilməsini istəyiblər.

Verilən xəbərə görə, aparılmış kliniki analizlər göstəribdir ki, bu preparat COVID-19-a yoluxmuş xəstələrin sağalma müddətini azaldır.

Qeyd edək ki, digər adı «favipiravir» olan bu antivirus preparatı 2014-cü ildə Yaponiyanın «Toyama Chemical» şirkəti tərəfindən qripin müalicəsi məqsədilə işlənib hazırlandı. Lakin o zaman onun ana bətnində formalaşan körpənin DNA-nə mənfi təsirləri aşkar edildikdən sonra bu preparat kənara qoyuldu. 2020-ci ildə isə bəzi ölkələrdə, xüsusən Rusiyada onun koronavirusla mübarizədə yalnız stasionar şəraitdə istifadə olunması tövsiyə edilmişdi. Bir də ki, bu dərmanın koronavirusun müalicəsində effektsizliyi aşkar olunmuş və bu dərman özünü doğrultmamışdı.

Teqlər

Şərhlər