Okt 16, 2020 19:31 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasimi keçirilib

Bu gün İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti gününün əzadarlıq mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Səhiyyə qaydalarına riayətə görə, əhalinin iştirakı olmadan keçirilən bu mərasimdə höccətulislam Hamed Kaşani öz çıxışında Nəbəvi və Ələvi xüsusiyyətlərindən bəzi cəhətləri bəyan edib. O, hesablamalarda ilahi yardıma diqqəti və Allah yolunda mübarizədən yorulmamağı aqilliyin iki mühüm detalı adlandırb və belə deyib: Düşmən qarşısında mütləq var güc və bacarıqla mübarizəyə qalxmaq gərəkdir. İslam tarixi göstərir ki, müsəlmanlar sırf olaraq maddi səbəblərə söykənərkən və ona görə məğrur olarkən nəticə uğursuzluqla müşayiət olunur.

Mərasimdə həmçinin Əhli-Beyt(ə) məddahı müsibəti zikr edərək, növhəxanlıq edibdir.

Teqlər

Şərhlər