Okt 22, 2020 19:11 Asia/Baku
  • Azərbaycan XİN: Paşinyan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadıqlarını açıq etiraf etdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN Mətbuat xidməti idarəsi Ermənistan Baş nazirinin münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama ilə çıxış edib.

SəhərAzəri Apa-ya istinadla xəbər xəbər verir kiAzərbaycan XİN-dən bildirilib ki, Ermənistan Baş naziri N. Paşinyan “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu.

“Ermənistanın Azərbaycana qarşı yeni hücumuna cavab olaraq Azərbaycanın başladığı əks həmlə tədbirləri və on illərdir ki, işğal altında olan ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı davamlı olaraq atəşkəs üçün yalvaran, iki dəfə humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür. Azərbaycan XİN-dən bildirilib.

 

Teqlər

Şərhlər