Okt 25, 2020 19:05 Asia/Baku

General Allahkərəm, oktyabrın 20-də (çərşənbə axşamı günü) Ərg Məscidindəki Hizbullah Mərkəzi Şurasında Qarabağ münaqişəsi ilə bağlı çıxışında bu sozləri deyib.

SəhərAzəri xəbər verir, İranın Ənsari-Hizbullah ordusunu komandanı general Hüseyn Allahkərəm Qarabağın Ermənistan işğalından azadlığı üçün “Hizbullah Azadlıq Taborları”nın təşkil olunaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hazır olduğunu bəyan edib. General Hüseyn Allahkərəm çıxışında bildirib:

"Qarabağ bölgəsi İslam-şiə sivilizasiyasının ayrılmaz bir hissəsidir və bu məntəqə mütləq İslamın ağuşuna qaytarılmalıdır. Lakin bu mövqeyimiz Azərbaycanda mövcud hakimiyyətin təsdiqlənməsi və ya yerli ermənilərin Dağlıq Qarabağdan qovulması demək deyildir. Çünki ilk növbədə Azərbaycanda mövcud olan hakimiyyət İslama qarşı rəftarlarıyla qara bir keçmişə sahibdir. Bundan əlavə bu hakimiyyət azadə insanların, habelə azərbaycanlı müqavimətçi şiə liderlərini həbs etmiş, eləcə də işğalçı sionist rejimlə sıx əlaqələr qurmaqdadır. Azərbaycanın hakim sistemi İsrail rejimiylə müttəfiq olmaqla İran İslam Respublikası üçün aşkar bir təhdid halına çevrilmişdir. İkincisi, Dağlıq Qarabağda yaşayan ermənilər yüz illərdir ki, müsəlmanlarla dinc şəkildə yaşayıb və bundan sonra da yaşayacaqlar.

Necəki bundan öncə İslamın bir parçası olan Qarabağı qorumaq üçün mübarizə aparmışıq, indi də işğal olunmuş bu İslam torpaqlarını azad etmək üçün meydana atılmağa hazırıq. Lakin Azərbaycanın hakim sistemi də öz növbəsində müqavimətçi şiə liderlərini, eləcə də uzun illərdir bu ölkənin həbsxanalarında həbsdə olan Qarabağın həqiqi mübarizlərini  azad etməli, həmçinin İslamın əsas düşməni olan sionist rejimlə əlaqələrini kəsməli və təkfirçi-ekstremist qüvvələrin bu məntəqədən çıxarılmasında həmkarlıq etməlidir".

General Allahkərəm region gedən proseslərdə Türkiyənin roluna da toxunaraq deyib:

"Türkiyə heç vaxt Qarabağı azad etmək fikrində olmayıb və hazırda da bu fikirdə deyil. Çünki Qafqazdakı gərginlik və münaqişələrin davam etməsi Türkiyənin mənafeyinə uyğundur. Bu səbəbdən də Türkiyənin Qarabağın azad edilməsində Azərbaycanı müdafiə etməklə bir tərəfdən İraq, Suriya və Liviyadakı məğlubiyyətini ört-basdır etmək istəyir, digər tərəfdən də bu məqsədlə biabırçı məğlubiyyətə uğramış təkfirçi qüvvələrdən istifadə etmək fikrindədir. Ancaq məsələyə nikbin  yanaşmaqla ən yaxşı halda bunu deyə bilərik ki, Türkiyə İranın şimalında sionist işğalçı rejiminin nüfuzunun genişlənməsinə yol açdı. Təəssüf ki, bundan əlavə Türkiyə  Azərbaycanla birlikdə ABŞ-ın göstərişi ilə İranın şimal sərhəd ərazilərində parçalanma siyasəti üçün gərginlik yaratmağa başladı. 

Azərbaycan və İranın müqavimətçi şiələrinin rəhbərliyi ilə Qarabağın azad edilməsi İslam üçün böyük əhəmiyyətə malikdir. Beləki bu müharibə işğal altında olan Fələstinin azad olması istiqamətində də taktiki bir təcrübə, eləcə də azad ruhlu dünya müsəlmanları üçün uğurlu və motivasiyaedici bir nümunə ola bilər. Buna görə də İsrail və təkfirçilərin Azərbaycandan qovulacağı təqdirdə, bu mərhələdə Azərbaycanın şərtləri çərçivəsində Qarabağın azad edilməsi istiqamətində iranlı müqavimət qüvvələrindən ibarət “Hizbullah Azadlıq Taborları” təşkil ediləcəkdir".

Qeyd edək ki, General Hüseyn Allahkərəm Bosniya və Herseqovina da daxil olmaqla İslam İnqilabından təsirlənmiş bir sıra qurtuluş cəbhələrində iştirak edib. Onun rəhbərlik etdiyi “Ənsari-Hizbullah”a xeyli sayda müharibə təcrübəsinə malik yüksək rütbəli zabitlər, əsgər və könüllülər daxildir.  

Teqlər

Şərhlər