Noy 08, 2020 10:38 Asia/Baku
  • Bayden ABŞ seçkilərində qalib oldu

Dünya mətbuatı ABŞ-ın 46-cı prezident seçkilərində Co Bayden-in qələbəsi barədə xəbər verib.

SəhərAzəri xəbər verir, FransPress və Associated Press xəbər agentlikləri və NBC, CNN, Sky News, BBC, Fox News, France 24, Blumberg, Əl-Ərəbiyyə və Əl-Hadəs TV şəbəkələri elan ediblər: “Co Bayden seçkiləri qazanaraq, ABŞ-ın 46-cı prezidenti olub”.
46-cı ABŞ prezident seçkilərində namizəd olan Co Bayden, 2020-ci ildə baş tutan ABŞ prezident seçkilərində Donald Tramp-ın 214 Elektral səsinin əleyhinə 290 səslə qalib gəlib. ABŞ prezident seçkilərində qazanmaq üçün hər namizəd ən az 270 Elektral səsi qazanmalıdır.
İnternetdə yayımlanan videolarda Donald Tramp tərəfdarlarının Ağ Evin qarşısında "Biz qazandıq" şüarları ilə toplaşdıqları görünülür. Bayden tərəfdarları da Ağ Evin qarşısında toplanıblar. 
Həmçinin Tramp tərəfdarlarının Delaver ştatının Wilmington küçələrində toplaşaraq "Səs oğurlamağı dayandırın" şüarları səsləndirməsi sujetləri yayimlanib.

Teqlər

Şərhlər